Mabel bu dəfə onunla oxuyacaq

Mabel bu dəfə onunla oxuyacaq

Türkiyəli məşhur bəstəkar-müğənni Mabel Matizin növbəti tərəf müqabili müəyyənləşib.

OLAY yazır ki, sənətçi bu dəfə Aşkın Nur Yengi ilə duet oxuyacaq.

Mabel instaqramın hekayə bölməsində Yengi ilə fotosunu paylaşaraq ““İki satır iki yara” klipini çəkdik. Bütün komandaya təşəkkürlər. Ən çox sənə, Aşkın Nur Yengi” yazıb.

Bundan başqa, Aşkın Nur Yenginin meneceri Haluk Şentürk də iki sənətçi ilə fotosunu paylaşaraq “Möhtəşəm bir iş birliyi” deyə qeyd edib.