“Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO

“Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO

Builki "Avroviziya" təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov müsabiqədə ifa edəcəkləri "Özünlə apar" mahnısını Oktava versiyasını geniş izləyici kütləsinə təqdim ediblər.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sözügedən nəğməyə çəkilən videoçarx yarışmanın rəsmi "YouTube" kanalında yayıma buraxılıb.  

Bəstənin musiqisi Fahree, Edgar Ravin, Hasan Haydar, Mila Mayles, sözləri isə Fahree və Mado Salikh tərəfindən yazılıb. 

Qeyd edək ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun