Rusiyalı aktyor Sergey Burunov Azərbaycana gəlib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, paytaxt Bakını gəzən sənətçi İçərişəhərdə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Burunov 1969-cu ildə lentə alınan, rejissor Leonid Qaydayın məşhur "Brilyant əl" filmindəki "lənət olsun" səhnəsini təkrarlayıb.
Qeyd edək ki, sözügedən ekran əsərinin çəkilişlərinin bir hissəsi Bakıda İçərişəhərdə lentə alınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun