Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşım edib.
OLAY yazır ki, İbrahimova birgə fotolarını paylaşaraq 15-ci ildönümləri olduğunu vurğulayıb:
“Artıq 15 ildir ki, həyata yaxından bərabər tamaşa edirik. O mənim mən də onun həyatına şahidlik edirəm. Gənclər, ailə qurmağı düşünənlər üçün vurğulamaq istəyirəm ki, bir almanın iki yarısı deyilik. Hətta almayla armud kimi çox fərqliyik. Cırnadıb, əsəbiləşdirən də o, ən çox güldürən də odur. Ən çox danışan mən, ən çox susan isə o. Küsən tərəf mən, barışan o. İnadından dönməyən mən, inadlaşmağı lazım bilməyən o. Məntiqli olan o, emosional mən. Tünlüyü sevən o, səssizliyi mən. Mən konservator, o, çağdaş.
Mən sadəliyi, o, göstərişi, şöhrəti sevir. O, gəzməyi mənsə evdə oturmağı sevirəm. Seyr edən mən, fərqində belə olmayan o. Mən kommunist, o, kapitalist cəmiyyət və sistemində doğulub,böyüyüb. Əlqərəz, gördüyünüz kimi duzla buz, ağla qara kimiyik. Fərqliyiq, amma tək ortaq nöqtəmiz bizi birləşdirən, dəyişməyən imanımız, dəyərlərimizdir. Ən rahat, ən xoşbəxt, ən sevincli, ən hüzurlu biz olduğumuz anımız, ailəmiz onun da, mənim də ən həssas yerimizdir. Məkanı, məsafəni, fərqliliyi, bu iki könlü yan-yana gətirən, tək və ən böyük sevdama həmd olsun. Ol deməsə, olmayan tək sevgilim Allahdır. Onun razılığıyla buralara gəldiyimi bilirəm. Bilirsiniz, razılığı olmasa, yarpaq belə yerindən qımıldamaz. Neçə belə bərabər böyüyəcəyimiz, çiçək açacağımız illərə, cavan oğlan”.
Qeyd edək ki, cütlüyün iki övladı var.