Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi

Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi
Türkiyədə 9 məşhur narkotikə görə həbs edildi

İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan 23 nəfərdən 9-u barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az xəbər verir ki, məlumata görə, əməliyyat İstanbul Baş Prokurorluğunun nəzarəti altında həyata keçirilib. Araşdırma çərçivəsində şou-biznes və sosial media dünyasından tanınmış simalar da daxil olmaqla ümumilikdə 23 nəfər saxlanılıb. Şübhəlilərdən qan və saç nümunələri götürülərək ekspertizaya göndərilib.

Məhkəmə qarşısına çıxarılan şəxslərdən 9 nəfər həbs olunub. Həbs edilənlər arasında Murat Saygı və Həsən Vətənin də olduğu bildirilir.

İstintaq çərçivəsində adı hallanan müğənnilər Ayşe Hatun Önal, Kənan Doğulu, Berdan Mardini və Yaşar İpek, aktyorlar Beren Saat və Enis Arıkan, sosial media fenomeni Kerimcan Durmaz, aranjimançı Ozan Doğulu, eləcə də digər şübhəlilər məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.

Bundan başqa, CHP-nin Ankara millət vəkili Adnan Bekerin oğlu Oğuzhan Beker və Ali Efe Bezci barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fidan

Mənbə: news.milli.az