Devid Bekhem onları məhkəməyə verir

Devid Bekhem onları məhkəməyə verir

Keçmiş futbolçu Devid Bekhemin başı bu günlərdə məhkəməyə qarışıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, buna səbəb onun 2020-ci ildə idman brendlərindən biri ilə bağladığı müqavilə olub. 

Müqavilənin şərtlərinə görə, futbolçu sosial şəbəkələrdə F45 brendinin fitnes mərkəzlərindən birində brend avadanlıqlardan istifadə etməklə necə məşq etdiyini nümayiş etdirib. Şirkət və onun tərəfdaşları öz növbəsində şirkətin səhmlərinin bir hissəsini Bekhemə verməli idilər. Ancaq idmançının vəkillərinə görə, bu şərt bir neçə ay gecikmə ilə edilib. Bu zaman isə qiymət bir səhm üçün 12 dollardan 3 dollara düşüb. Nəticədə Bekhem 8,5 milyon funt-sterlinq potensial qazancını itirib. İnndi o, məhkəmədə maddi ziyanı tələb edir.

"The Sun" xəbər verir ki, "Uolberq" və onun həmkarları saxtakarlıq iddialarını əsassız sayaraq rədd etməyə çalışırlar. Eyni zamanda, şirkət çox zəif işləyir - son bazar məlumatlarına görə, səhmlər indi cəmi 15 sent dəyərindədir və F45 idman zalları bir-birinin ardınca bağlanır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun