Müğənni Nərmin Kərimbəyova özünü dünya səviyyəsində gördüyünü deyib.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Həftənin qonağı" verilişində danışıb.
"Mən musiqidə özümü dünya səviyyəsində görürəm. Mən dünyadan Azərbaycana gəlmək istəyirəm. Dünya musiqiçisi kimi. O yollar çox çətindir. Bizim ölkədən ora çıxmaq həddindən artıq çətindir. Mənim buna bütün daxili resursum var. Mən buna çox hazır kadram. Heç bir dəstək yoxdur. Ona görə də çox çətindir. Amma bu mənim arzumdur. Əgər arzum məni bu günə gətirib çatdırdı, mən Azərbaycanda yetərincə tanınan, sevilən bir şəxs oldum 7 il ərzində. Halbuki musiqidən çox kənar həyat sürmüşəm", - deyə, o söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun