Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb.
Milli.Az olay-a istinadən bildirir ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:
"İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbəttə sənətkar kimi həmişə sevmişik. Bu gün əsas iki gəncin toyunda iştirak etmək üçün gəlmişəm. Mərdanın da sənətini çox sevirəm. Əminəm ki, yaxşı ailə başçısı olacaq, qızımızı da xoşbəxt edəcək. Çünki qızı ayrıca sevirəm. Axı gözəldir".
Gecədə sevilən mahnılarını səsləndirən R. Ayxan səhnədə də Mərdan haqda Nəzrinə "Vallah, elə bir oğlana ərə gedirsən ki... Yaratdığı sənət çox gözəl deyilmi? Qız gözəl, oğlan istedadlı... Adama nə lazımdır?", - deyə, bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun