Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)

Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)

Türkiyəli aktyor Bülent Şakrak ürəyindən əməliyyat olunub.

Milli.Az xəbər verir ki, müayinə zamanı onun ürəyinin əsas damarlarından birində 90 faizdən çox tıxanma aşkarlanıb.

Vəziyyətin son dərəcə ciddi olması səbəbindən həkimlər vaxt itirmədən müdaxilə etmək qərarına gəliblər. Aktyorun ürəyinə stent yerləşdirilib.

Məlumata görə, əməliyyat uğurla başa çatıb və aktyorun vəziyyəti qənaətbəxşdir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Bülent Şakrak ürəyindən əməliyyat olundu - (Foto)
Mənbə: news.milli.az