Amerikalı məşhur rejissor Devid Linçlə həyat yoldaşı, aktrisa Emili Stoufl boşanır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 14 illik evliliyindən sonra rejissordan boşanmaq üçün məhkəməyə müraciət edib.
Emilinin məhkəməyə təqdim etdiyi sənəddə onun Devidin qarşısında qoyduğu tələblər öz əksini tapıb. Belə ki, o, 11 yaşlı qızının yeganə qəyyumluğunu istəyir. Həmçinin, aktrisa Daviddən aliment ödəməsini və vəkillərinin xərclərini ödəməsini tələb edir.
Qeyd edək ki, Emili Devidin dördüncü həyat yoldaşıdır. Həyat yoldaşı 77 yaşlı kinorejissordan 32 yaş kiçikdir.
Milli.Az