“Onu deyənin dilindən çiban çıxsın”

“Onu deyənin dilindən çiban çıxsın”

“Mən Aygün Kazımovanı 35 ildir tanıyıram, həmişə sevmişəm. Hətta yabalaşanda da. Lakin sən dediyin  kimi sevgili olmamışıq”.

OLAY yazır ki,  bu sözləri “Rəngarəng səhər” verilişində Xalq artisti Faiq Ağayev aparıcı Zaur Nəbioğlunun iddiasına cavab kimi deyib:

“Mən Aygünü həmişə sevmişəm. Hətta özü də deyir ki, məni sənin qədər sevən olmayıb. Onu deyən adamın dilindən sağalmayan çiban çıxsın ki, yalan danışır. Aygün mənim üçün dostdur, bacıdır, sirdaşdır. Heç vaxt pərdənin o yanına keçməyimiz olmayıb. Mənə elə gəlir ki, sevgili olsaydıq, ikimiz də razı qalardıq. Amma iki qoçun başı bir qazanda qaynamaz axı. İkimiz də işdə oluruq. Nə sevgi olacaqdı”.