“Anam məni dünyaya gətirmək istəməyib”

“Anam məni dünyaya gətirmək istəməyib”

Xalq artisti Məleykə Əsədova arzuolunmaz övlad olduğunu deyib. 

OLAY yazır ki, bu barədə sənətçi “Günaylı gün” verilişində danışıb. O bildirib ki, özündən əvvəlki uşaqlar qız olduğu üçün valideynləri oğlan övlad istəyirmiş:

“Çox gözəl ailədə dünyaya gəlmişəm. Məndən əvvəl iki bacım doğulub. Anam Bakıda Tibb Universitetində təhsil alırmış, atam isə rayonda ailənin bir oğlu imiş. Atam anamı Bakıdan qaçırdır, o, təhsilini bitirə bilmir. Çünki atam çox qısqanc insan olub. 

Rayon yeridir, hamı deyib ki, getdin Bakıdan qız aldın, iki qızın var, oğlun olmur. Anam da həkimdir, bilib ki, bətnindəki uşaq da qız olacaq. Məni dünyaya gətirmək istəmirmiş. Mən də buğa bürcüyəm, inadkarlığım var. Bir şeyi istəyirəmsə, olmalıdır. Dünyaya gəldim. Neftçalada Raya həkim var imiş, atama qorxa-qorxa deyib ki, mələyə oxşayan, qıvrım saç, sapsarı bir qızınız olub. Ona görə atam da adımı Məleykə qoyub. Nə yaxşı ki, ata-anam kimi vicdanlı, əqidəli insanların qanından dünyaya gəlmişəm”.