“Məni tanıyan dostlarım bilir ki, mən hər zaman dostlarımın yanındayam. Peşəmlə bağlı məsələlərdə kimsə hüquqlarımı pozarsa, keçmərəm”.
OLAY yazır ki, bu sözləri “Özəl media” verilişində bəstəkar-müğənni Pərviz Mahmudov deyib. Pərviz müğənni Günay İbrahimli ilə mahnı qalmaqalından danışıb:
“Şəxsən, indiki halda Günay İbrahimli ilə heç bir problem yaşamıram. Münasibət normaldır. Şirkətlə yaşanan problemdir. Onlar elə düşünür ki bizdə hüquqlar qorunmur. Bilmirsinizsə, bilin, çox da gözəl qorunur.
Onlar məni axtarmaqdan, mən onları axtardım. Müəllif hüquqları agentliyinə təşəkkür edirəm. Aprelin 30-u üçüncü məhkəməmizdi. Şikayətim Günayla bağlı deyil”.
Qeyd edək ki, sənətçilər arasında yaşanan problemə səbəb Günay İbrahimlinin Pərviz Mahmudovun bəstəsini reklam çarxlarının birində istifadə etməsi, ordan əldə olunan qazancdan bəstəkara pul çatmaması, həmçinin, bəstənin istifadəsi üçün icazə alınmaması olub.