Aktrisa Rumiyə Ağayeva da rol aldığı “Alatava” serialı ilə bağlı qalmaqala qoşulub.
OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb. O, ekran işi ilə bağlı tənqidi fikirlər səsləndirən Xalq artistlərindən yazıb:
“Bu “ad” məsələsini ləğv etsəydilər, hamı öz işi ilə məşğul olardı. Yoxsa “Xalq artistiyəm, Əməkdar artistəm” deyib min hoqqadan çıxanlar var. Onsuz da xalq bilir əsl Xalq artistləri kimlərdir! Tərbiyəsizlik edib, öz adlarından istifadə edənlərə isə üzümü tutub deyirəm ki, adınızı, ucuz ifadələrinizi yox, sənətinizi həmin o Xalqa nümayiş etdirsəniz, daha düzgün olardı.
Başqa ad daşıyan və ya daşımayan sənət yoldaşlarınızdan örnək götürün! Bu gün Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Vüsal Əhmədzadə cavan yaşlarında bu xalqa daha çox fayda gətirib və gətirəcək də. Onların sənətinin qarşısında baş əyirəm. Çünki onlar başlarını aşağı salıb, keyfiyyətli işlərini görürlər! Ucuz priyomlara əl atıb camaatı güldürmürlər! İnsanlara daimi düzgün mesaj ötürürlər! Heç kimlə də işləri olmur! Ona görə onların yolunu kəsmək istəyənlərə ayıb olsun”.
Qeyd edək ki, ekran işini Xalq artistləri Rasim Balayev və Əli Nur tənqid edərək bəyənmədiklərini söyləyiblər.