Castin Biber hazırda çətin bir dövr yaşayır.
OLAY yazır ki, onun Heyli Biberlə evliliyindəki çətinliklərlə bağlı internetdə uzun müddətdir ki, şayiələr dolaşır və bu yaxınlarda yeni ailə problemlərinə keçmişdən gələn qalmaqal da əlavə olundu: müxbirlər cinsi təcavüzdə və insan alverində ittiham olunan o vaxtkı 15 yaşlı Castin və repçi Paf Diddinin içkili videosunu üzə çıxarıblar.
Bunun fonunda müğənni heç nəyə önəm verməyib, hətta “Coachella” festivalında çıxış edib. Təəssüf ki, “In Touch Weekly” ilə danışan yaxınlarının dediyinə görə, səhnəyə qayıtmaq Castin üçün vaxtından tez olub və ondan çox enerji alıb.
Ötən günlərdə isə 30 yaşlı sənətçi gözlənilmədən ağladığı fotoları instaqramda yayımlayıb. Təbii ki, belə qəribə bir paylaşımdan sonra izləyicilər kumirlərini sual bombasına tutublar. “Bu bir işarədir?”, “Castin, yaxşısan?”, “Niyə ağlayırsan?” - azarkeşlər şərhlərdə narahat olduqlarını bildiriblər.
Müğənni abunəçilərinin narahatlığına heç bir reaksiya verməsə də, həyat yoldaşı ictimaiyyəti sakitləşdirməyə və ailələrində hər şeyin qaydasında olduğunu göstərməyə tələsib. Heyli şərhlərdə “Gözəl ağlayır” yazıb və göz yaşı emojisi buraxıb. Onun bu qeyri-adi mədhiyyəsi də diqqət çəkib.