Silvestr Stallonenin saat kolleksiyası 6,7 milyon dollara satıldı

Silvestr Stallonenin saat kolleksiyası 6,7 milyon dollara satıldı

 Hollivud ulduzu Silvestr Stallonenin saat kolleksiyasını Sotheby hərracında  satışa çıxarıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun kolleksiyasının  ən bahalı nümunəsi nadir "Patek Philippe Ref" markasına aid olub. 

Stallone kolleksiyasından ümumilikdə 6,7 milyon dollar gəlir əldə edib. Ulduzun sözügedən markaya aid  "6300G-010 Grandmaster Chime" saatı 5,4 milyona alınıb. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun