“İndiki sevgilər saxtadır. Mən adam kimi anamı sevən gördüm. O da atam!”.
OLAY yazır ki, bu sözləri müğənni Günel Zeynalova instaqramda yazıb. İfaçı izləyicilərindən birinin “Əsl sevgi necə olur, necə bilmək olar ki, oğlan həqiqətən sevir” sualına belə cavab verib:
“O, belə bilmir səni sevib-sevmədiyini, sənin bilməməyin normaldır. Zatən əmin olsan, nə soruşarsan, nə ittiham edərsən, nə də sıxışdırarsan. Sevmək inanmaqdan başlayır. İnam bitirsə, necə güvəndim deyərsən. Sevgini, hər şeyi yenidən düşünərsən. Yalana xəyanət də əlavə olunarsa, ikinizə də münasibətiniz zəhər olar. Bir adam dəqiq olmalıdır. Bir-birinizə dürüst davranın. Başlarda necə məsumdursa, elə də qalsın, özünə güvənmirsə, karmaya girməyə başlamasın. Hansısa hərəkəti edirsə belə, bunu adam kimi söyləcəyək ürəyə sahib olsun. Qorxaq kişiləri sevməyin, xahiş edirəm.
Mən əsl sevgi yaşayıram. Sevgidən qorxan deyiləm, ehtirasla, eşqlə, özləmlə!”.