Aktyor Elcan Rəsulov başına gələn maraqlı hadisədən danışıb.
OLAY yazır ki, bununla bağlı sənətçi feysbukda status yazıb:
“Toydan çıxanda bir xala qabağımı kəsdi ki, sən niyə boşandın? “Gül kimi qız idi. Camaat sizdən örnək götürür, siz də belə”, dedi. Dedim mən heç evlənməmişəm axı... Fikrə getdi ki, bəs o kim idi, bu yaxınlarda boşandı? Dünəndən fikirləşirəm ki, görəsən, məni kiminlə səhv salıb?”.