Mehriban Əliyevadan şahmatçımıza dəstək

Mehriban Əliyevadan şahmatçımıza dəstək

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva sosial media hesabında şahmatçımız Ülviyyə Fətəliyevanı qızıl medal qazanması münasibətilə təbrik edib.

OLAY yazır ki, M. Əliyeva bu barədə feysbuk hesabında yazıb:

“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların Avropa çempionatında qızıl medal qazanıb.