"Mən serialın bir bölümü üçün 20 min manat istəyirəm. Kim zəng edirsə, bu qiyməti deyirəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunu aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, rol aldığı "Elçilik" filmindən də 20 min manat qazandığını bildirib:
"20 min aldım və filmə çəkildim. Xalq da gəlib kinoteatrda baxdı. Dedim ki, xəstə adamam, pulu əvvəldən aldım. Verilişdən çıxıb gecə saat 5-ə qədər ay yarım çəkilişdə oldum. Nə əziyyətlər çəkdim. Həmin ərəfədə səhər verilişi aparırdım. Ay yarım yuxu üzünə həsrət qaldım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun