Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb.
OLAY yazır ki, o, bu barədə “Xəzər axşamı” verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib.
“İlk dəfədir bunu deyirəm. Amma deyəcəm artıq. Bilmirəm niyədirsə, məndənmi istəyirlər bunu, ya bütün aktyor-aktrisalaramı deyirlər, təklif edirlər. Sponsoru belə məndən istəyirlər. “Sponsor olmaz səndə. Bəlkə, tanış edəsən. Bizə sponsor yönləndirəsən”. Axı niyə? Mən prodüser deyiləm. Filmə çəkilən ərəfədə bunu məndən istəyirlər. Mən öz filmlərimdə özümü istədiyim kimi göstərə bilmirəm. Ən böyük səbəblərindən biri kadr arxasında yaşananlardır. Saatlarla oturub gözləyirsən bir səhnəni, bir işığın qurulmağını. Bu bəzən 6-7 saat çəkir. O qədər yoruluram ki, oynaya bilmirəm. Əsəb gəlir insana, normal qidalanmırsan, normal istirahət otağın, karavanın yoxdur. Mənim mədəm xarab oldu çəkilişlərdə. Keçən noyabr ayında qida borumdan ağır əməliyyat keçirdim. Ciddi sağlamlıq problemlərim oldu. Axalaziya deyilən bir xəstəlik var”, - deyə, Pərvin bildirib.