Müəllimləri 3 saat gözlədib səhnəyə çıxmadı

Müəllimləri 3 saat gözlədib səhnəyə çıxmadı

Müğənni Melike Şahin ötən gün etdiyi hərəkətlə gündəm olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, güclü külək səbəbindən konsertə getməyib. Belə ki, Melike müəllimlər üçün konsert verməyə hazırlaşıb. Məkana minlərlə müəllim toplaşsa da onlar 3 saat ifaçını gözləyiblər. Amma o, səhnəyə çıxmaqdan imtina edib. 

Sənətçi "Çox külək oldu. Bu konsertin mənimlə heç bir əlaqəsi yoxdur" deyərək üzr istəyib.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) mədəniyyət və incəsənət tədbirləri çərçivəsində müəllimlər üçün təşkil etdiyi gecə ilə bağlı "Müğənniyə bütün təhlükəsizliyin qorunduğunu dedik. Amma nə ifaçı, nə də komandası məkana gəldi" açıqlamasını verib.

Konsertin ləğvindən sonra sosial şəbəkədə açıqlama verən Melike Şahin çox təəssüfləndiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun