Münəvvər Əliyeva 5 gündür axtardığı itinə qovuşdu, ağladı - (Video)

Münəvvər Əliyeva 5 gündür axtardığı itinə qovuşdu, ağladı - (Video)
Münəvvər Əliyeva 5 gündür axtardığı itinə qovuşdu, ağladı - (Video)

Əməkdar artist Münəvvər Əliyeva bir müddət əvvəl itkin düşən sevimli iti ilə yenidən qovuşduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi sevindirici xəbəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, bu çətin müddətdə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. O, paylaşımında axtarış prosesinə qoşulan, məlumat göndərən, paylaşım edən və duaları ilə yanında olan insanlara minnətdarlığını ifadə edib.

Münəvvər Əliyeva həmçinin bildirib ki, "Neom"u tapan ailəyə əvvəlcədən vəd etdiyi pul mükafatını təqdim edib və onların göstərdiyi həssas münasibəti yüksək qiymətləndirib.

Əməkdar artist axtarış işləri zamanı göstərilən operativ dəstəyə görə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi rəhbərliyinə və əməkdaşlarına da xüsusi təşəkkür edib.

Sənətçi paylaşımını hər kəsə xoş arzularını çatdıraraq yekunlaşdırıb və bu prosesdə ona dəstək verən insanların qayğısını heç vaxt unutmayacağını vurğulayıb. Bu xəbər sosial şəbəkələrdə də müsbət qarşılanıb və çoxsaylı izləyicilər sevinclərini şərhlərdə bölüşüblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az