Amerikalı məşhur müğənni Teylor Sviftin nümayəndəsi Tri Peyn onun toyu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri ifaçının 2020-2021-ci illərdə Britaniyada Co Elvinlə gizlicə evlənməsi haqda məlumatları təkzib edib:
"Toy olmayıb, bu, əsassız bəyanatdır! Bu cür yazıların səbəb olduğu ağrı və travmaya görə məsuliyyət daşımağın vaxtıdır".
Qeyd edək ki, 2016-cı ildən münasibətə başlayan Elvin və Svift bu il ayrıldıqlarını elan ediblər. Sənətçi hazırda 33 yaşlı futbolçu Travis Kelsi ilə eşq yaşayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun