Müğənni Əkbər Əliyev həmkarı, Xalq artisti Röya Ayxan ilə dostluğu barədə maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Öz aramızda" verilişində bildirib ki, Röya Ayxanla dostluqları artıq 30 ilə yaxındır davam edir və bu müddət ərzində aralarında heç vaxt ciddi narazılıq yaşanmayıb.
Əkbərin sözlərinə görə, onlar uzun illər ərzində bir-birlərinə hər zaman dəstək olublar və hətta 24 saat eyni evdə qaldıqları vaxtlarda belə heç bir mövzuda fikir ayrılığı yaşamayıblar.
Müğənni dostluqlarının qarşılıqlı hörmət, etibar və səmimiyyət üzərində qurulduğunu vurğulayaraq, münasibətlərinin illər keçsə də dəyişmədiyini qeyd edib.
Sənətçinin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilərin bir qismi sənət aləmində uzunömürlü dostluğun nadir hallarda rast gəlindiyini bildirərək bu münasibəti təqdir edib, digərləri isə açıqlama ətrafında müxtəlif rəylər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















