Rusiyada çəkdirdiyi uşaqlıq FOTOlarını yaydı

Rusiyada çəkdirdiyi uşaqlıq FOTOlarını yaydı

Rusiyada çəkilmiş uşaqlıq şəkillərini yayımlayan tanınmış komediya ustası Maksim Qalkin paylaşımı ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, yumorist uşaqlıq illərinə aid ağ-qara fotoları şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb. Paylaşılan ilk fotoda Qalkin qış mövsümündə açıq havada palto və papaqda görüntülənir. Digər şəkildə isə onun atasının əlindən tutduğu, anası və yaxınlıqda olan başqa bir qadınla birlikdə olduğu əks olunub.

Maksim Qalkin fotolara yazdığı qeyddə birinci görüntünün Moskvadakı Puşkin meydanında, ikinci fotonun isə Almaniyada çəkildiyini qeyd edib.

Xatırladaq ki, Qalkin 2022-ci ilin sentyabrında Rusiyada "xarici agentlər" siyahısına salınıb. Buna səbəb onun sosial şəbəkələrdə Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni tənqid etməsi olub. Bundan sonra komediyaçı həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib.

Musa
Milli.Az