"Mən ixtisasca iqtisadçıyam, o sahə üzrə də bir müddət çalışdım. Gördüm ki, 10 uşağıq, hamımız ehtiyac içində idik. Sahəmi dəyişməyə qərar verdim. O qazancla ailəmə baxa bilməyəcəkdim. Anamdan-atamdan xeyir-dua aldım".
Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib.
Mustafayev qeyd edib ki, sonradan seçdiyi yol sayəsində ailəsinin rifahını təmin edə bilib:
"İndi hamısı ehtiyaclardan uzaqdırlar, Allaha şükür edirəm. Bütün ailəm, hamısı gözümün giləsidir."
Müğənni qardaş və bacılarına olan bağlılığını da xüsusi vurğulayıb:
"Mənim evimdə olan şey bacımın, qardaşımın evində olmasa, bunu özümə heç vaxt bağışlamaram".
Sənətçinin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında müxtəlif rəylərə səbəb olub. Bir çoxları onun ailəsinə göstərdiyi diqqət və qayğını təqdir edərək nümunəvi addım kimi qiymətləndirib. Digər istifadəçilər isə sənətçinin çətin həyat yolundan bəhs etməsinin gənclər üçün motivasiya xarakteri daşıdığını bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















