Barışmaq üçün efirə çıxan Telli və Zülfiyyə yenidən dalaşdılar – VİDEO

Barışmaq üçün efirə çıxan Telli və Zülfiyyə yenidən dalaşdılar – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün efirdə aşıq Zülfiyyə İbadova ilə həmkarı Telli Borçalı arasında qalmaqal yaşanıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, tərəflər bu gün "Rəngarəng səhər" verilişində üz-üzə gəliblər.

Aşıqları müğənni Manaf Ağayev barışdırmağa çalışsa da, Zülfiyyənin dediyi sözlər Tellinin boğazından keçməyib. 

  • "Gəlir bizim restorana yeyir, sonra da sazını qoyub gedir" 

Belə ki, Zülfiyyə "Telli xanım dünən efirdə deyir ki, mən Zülfiyyənin əri Sakitə zəng etdim və ona söylədim ki, mən sizin restoranınızda sazımı qoymamışam. Amma sən Telli, ərimə demisən ki, Zülfiyyəyə de ki, ağzını "mumlasın" və danışa bilmirsə, danışmasın. Bunun qarşılığı olaraq Telli Zülfiyyənin fikirlərini təsdiqləyib və fikirlərinə belə davam edib: 

"Sənin üçün fərqi olmaya bilər, amma mənim üçün bu söhbətdə fərq var. Sən mənim bir dəfə heç etibarsızlığımı görmüsən? Durduğu yerdə sən məni efirdə etibarsız bir insan kimi təqdim etmisən". 
İbadovanın isə "Etibarsız sözü ağırdır, yoxsa "Başından böyük yalan danışır" sözlərinə Borçalı "Bəli, nə tökərsən aşına, o da çıxar qaşığına. Sən o sözləri dedin. Nənəmin bir sözü var idi "Demə, eşitmə!" Bu ssenarini sən özün başlatmısan, mən isə davam etdirirəm. Harada istəsən davam etdirməyə hazıram" cavabını verib. 

İkili arasında gərginliyi azaltmaq üçün proqramın aparıcısı reklam fasiləsinə ayrılıb. Efirdə yaşanan qalmaqallı və gərgin dolu anları sizə təqdim edirik: 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun