"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil. Əslində, daha kobud şəkildə deyərdim, sadəcə qurban olsunlar adıma".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi aparıcıların sənəti olmayan ifaçılara sənətkarlar haqqında sual vermələrinə etirazını bildirib: "Təsəvvür edin, hansısa bir professor haqqında dünənin birinci kurs tələbəsinə sual verirsən ki, bu professor necə bir professordur.
Onun nə həddidir ki, professor haqqında söz danışsın. Verilişlərə gedəndə birmənalı olaraq seçim edirəm. Aparıcılarımızın mövzusu yoxdur. Çünki fikirləri və savadları yoxdur. Mövzu bilmirlər.
Sənətçilər haqqında informasiyaları yoxdur. Sən mənə yaradıcılığımdan sual ver. İnanın ki, özəl sualları belə normal şəkildə verə bilmirlər. Ona görə də səsi olmayıb özünü reklam etmək üçün səhnəyə gələn müğənnilərə sənətkar haqqında sual verirlər. Sən o ixtiyarda deyilsən.
Aparıcı o səhvini düzəltmirsə, birmənalı olaraq şikayət edəcəkdim. Mənim də dünən uşağı olan bir sıra aparıcılarla problemlərim var. Sənəti olmayan ifaçılara sənətkarlar haqqında sual verməyin. Bu, sizin cılızlığınızdır. İrad tutanda da deyirlər ki, biz fərqi insanlara göstəririk ki, görün, kim necə cavab verdi. Tamaşaçılara nəyinsə fərqini göstərmək kimi şeylər cılızlıqdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun