Tanınmış musiqiçi Samir Rzayev avtomobil qəzasında vəfat edib
Milli.Az xəbər verir ki, bu barədə Manset.az-a onun sənət yoldaşları məlumat veriblər. Bildirilib ki, Samir Rzayev gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Qeyd edək ki, Samir Rzayev uzun illər musiqi sahəsində fəaliyyət göstərib və sintezator ifaçısı kimi tanınıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















