“30 gündə 32 toyda olmuşam”

“30 gündə 32 toyda olmuşam”

"Kim deyirsə "Manaf Ağayev hər gün toyda olur", inanmayın, yalan deyirlər, indi hər gün toy olmur".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi illər öncə olan toylardan danışaraq köks ötürüb:

"May ayı bir az zəyiflik olur, toy az olur. Qabaqlar yaxşı idi, indi o toylar yoxdur. Elə olub 30 gündə 30 toyda olmuşam, 32 toyda olmuşam. Səhər də toy oxumuşam, axşam da. 2000-ci illərdə elə idi. Onda oxuyan da az idi, indi gördüyünüz müğənnilər yox idilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun