"Altın Kelebek"dən qazandığı pulu onlara bağışladı

"Altın Kelebek"dən qazandığı pulu onlara bağışladı

Xəbər verdiyimiz kimi, Türkiyədə nüfuzlu "Altın Kelebek" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Azərbaycanın ən parlaq ulduzu" mükafatına 3 həmyerlimiz layiq görülüb.

Onlardan biri Azərbaycanı sonuncu "Erovision" mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndidir.

O, mərasimdə çıxış edən zaman bildirib ki, "Pantene"dən olan gəlirini Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların övladlarına və Türkiyədəki dəhşətli zəlzələdə valideynlərini itirmiş uşaqlara bağışlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun