“Son bir ayda xanımımla məsləhətləşirəm”

“Son bir ayda xanımımla məsləhətləşirəm”

“Son bir ayda xanımımla məsləhətləşirəm. Bu günə qədər bilmirəm nədəndir, ya yekəbaşlıqdandır, heç onunla məsləhətləşməmişəm. Qərarları özüm vermişəm”.

OLAY yazır ki, bu sözləri “Zaurla Günaydın” verilişində aktyor Elməddin Cəfərov deyib.  O bildirib ki, xanımı ilə yalnız son bir ayda məsləhətləşir:

“Son bir ayda onun əvvəldən dediyi şeylər düz çıxdığı üçün məsləhətləşirəm. Bunu bir az gec anlamışam. Nihat böyüyüb 21 yaşı var. Elə şey var ki, ondan məsləhət alıram, elə də olur kiçik oğlumdan tövsiyə istəyirəm. Arada pişiyimiz də məsləhət verir (gülür)”.