“Məndə hər şey təbiidir”

“Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki. Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç bir müdaxilə yoxdur”.

OLAY yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində Əməkdar artist Xumar Qədimova deyib. O bildirib ki, bu günə qədər heç bir plastik əməliyyat etdirməyib:

“Özünü mənə bənzədənlər... Ay necə gülməli. Mən ad günü keçirmirdim. Ailə dostlarımızdan birinin məclisi idi, orada mütləq olmalıydım. Sonra biz əyləşdik, bir tort göndərmişdilər. Guya, Xumar düzəltmişdilər, uğurlu alınmamışdı. Zaur baxdı dedi ki, Xumardan çox, özünü Xumara oxşatmaq istəyənlərə bənzəyir. Bir də Xumarı görəndə donanlara oxşayır. Onlar dəhşət... Pis oluram onlara. Məni sevməyənlərə ürəyim ağrıyır. Əslində sevirlər, guya sevmirlər. Mən tərəfdən əziyyət çəkən insanlara ürəyim ağrıyır”.