"Bu dəqiqə şou-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən ki, müğənni kimdir... Hamısı üzdən bir-birilərinə oxşayırlar. Bəzən də səslərini belə tanımırsan. Hamı eyni janr və tərzdə oxuyur. Adları da şəxsiyyət vəsiqələrində olan adlar deyil. Hamısı özünə təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli incə, ombaları böyük. Onlara "armudu stəkan" deyib, armudu stəkanı təhqir etmək istəmirəm. Armudu stəkan mənim üçün bəzi məhfumlardan daha hörmətlidir".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini üzvü (AYB), Əməkdar artist Elza Seyidcahan "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Sənətçi bayağı ifaçıları manqurt adlandırıb:
"Onlar savadsız yox, manqurtdurlar. Manqurt isə nə öz adət-ənənəsini, nə öz musiqisini, nə də ki, öz milli-mənəvi dəyərlərini tanıyır, bilir. Belələri hər şeyini itiriblər. Manqurtlar görməmiş kimi evlərini, avtomobillərini nümayiş etdirirlər. Özlərini xeyriyyəçi kimi televiziyalara çıxıb nümayiş edirlər. Özlərini imkanlı təqdim edirlər. Belə şəxslər çoxdanın qocalmışlarıdır. Onlara bilmirəm, qartımış deyim və ya sonradan görmüşlər deyim. Bunlar hər şeydən dönmələrdirlər. Abır-həyaları da yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun