Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"

Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"

Aparıcı Mətanət Əliyeva səhhəti ilə bağlı etdiyi maraqlı etirafla diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, "Xəzər axşamı" proqramında İstanbul səfəri zamanı başına gələn hadisədən danışıb:

"Bir dəfə İstanbulda idim, altı düz olan ayaqqabı geyinmişdim. Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım. Tərpənə bilmirdim. Dedim ki, ilahi, görəsən, nə oldu mənə? Tez Bakıdakı həkimlərlə əlaqə saxladım. Dedilər ki, dərhal hündürdaban ayaqqabıya keç. Cavab verdim ki, İstanbulun bu küçələrində necə hündürdabanla gəzim? Həkim dedi ki, düz ayaqqabı geyinə bilmirsən, onurğan onun üçün formalaşmayıb. Hər İstanbula gedəndə 6-7 saat hündürdabanda gəzirəm, heç də yorulmuram". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az