“Gərək biri ölsün ki, yaxşı söz desinlər”

“Gərək biri ölsün ki, yaxşı söz desinlər”

Xalq artisti Röya Ayxan Xalq artisti Nazpəri Dostəliyevanın onunla bağlı dediklərinə təşəkkürünü bildirib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi bu barədə "Şou xəbər" verilişində danışıb.

"Mən bir qadın, övlad, sənətçi kimi, onun əlindən, üzündən öpüb ona təşəkkür etmək istəyirəm. Çünki hər sənətkar fikrini doğru zamanda çatdıra bilmir. Gərək biri ölsün ki, öləndə ona yaxşı söz desinlər. O ki mənim diriliyimdə dedi, ölsəm də qəm yemərəm. Vaxtında bu sözləri eşitmək, doğrudan da, çox dəyərlidir", - deyə, o, söyləyib.

Qeyd edək ki, Dostəliyeva R. Ayxan haqqında "Röya xanımın... Mən Röya xanım deyəcəyəm ona. Çünki o artıq bir sənətkardır. Bu gün səhnəmizdə ən gözəl ulduzumuzdur" demişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun