Xalq artisti Aygün Kazımovanın 11 il əvvəl oxuduğu "Təsadüf" mahnısı son günlər TikTok trendə düşüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən platformada mahnıya 1 həftədə 5 minə yaxın video çəkilib. Bu say isə artmaqda davam edir.
Müğənninin Hakan Erol və Leyli Erol-İsrafilova tərəfindən yazılan mahnısı 2013-cü ildə dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, siyahıda Pop kraliçanın "Vəfasızlar", "Qorxuram", "Bilmək olmaz" mahnıları da yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun