Qlyukoza ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan müğənni Natalya İlyiniçna Çistyakova-İonova "Xuliqanka" adlı mahnısına çəkilmiş yeni klipinin tizerini təqdim edib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sözügedən nəğməsini Azərbaycanda ekranlaşdırıb.
Klipin çəkilişləri Bakı bulvarında, məşhur Mirvari kafesində aparılıb.
Qeyd edək ki, 1962-ci ildə tikilən kafe paytaxtın simvollarından biridir. Bir müddət əvvəl isə kafe yenidən təmir edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun