Xəbər verdiyimiz kimi, ötən gün Nyu-Yorkda illik "Met Gala 2024" keçirilib.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, tədbir maraqlı anlarla yadda qalıb.
Belə ki, məşhurların "Yatmış gözəllər: modanın oyanışı" mövzusunda geyindikləri libasları onlara çətin anlar yaşadıb. Onlar pilləkənləri çıxa bilməyiblər.
Köməkçiləri Cənubi Afrikalı müğənni Tilanı qucaqlarına alaraq pilləkənləri çıxarıblar. Hətta Kardi B libasının ətəyini daşımaq üçün bir neçə köməkçisi ona yardımçı olub.
Həmin anlar maraqlı görüntülərin yaranmasına səbəb olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun