Məşhur aktrisa Hazal Kaya həmkarı və həyat yoldaşı Ali Atay ilə birlikdə Hollandiyada yeni şirkət qurduqlarını və Amsterdamda yeni bir həyata hazırlaşdıqlarını açıqlayıb.
Milli.Az xəbər verir ki, cütlük Türkiyədən tamamilə ayrılmayacaq, həyatlarını iki ölkə arasında davam etdirəcəklər.
"Aşk-ı Memnu", "Adını Feriha Koydum" və "Bizim Hikaye" kimi unudulmaz əsərlərlə yaddaşlarda qalan məşhur aktrisa Hazal Kaya Türkiyə ilə bağlarını tamamilə qoparmayacaqlarını bildirib. Aktrisa planlarını bu sözlərlə ümumiləşdirib:
"Yarı-yarıya bir həyat olacaq. Tamamilə Türkiyədən ayrılmırıq. Həm ölkə daxilindəki layihələrimizi, həm də oradakı işlərimizi birlikdə aparacağıq.
"Qeyd edək ki, Hazal Kaya və Ali Atay 2019-cu ildə ailə qurublar. Cütlüyün iki övladı var.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)


















