“Yenidən ana olmaq istəmirəm” – VİDEO

“Yenidən ana olmaq istəmirəm” – VİDEO

"Böyük qızım Ayla artıq "yasli" (1,5-dən 4 yaşa kimi uşaqlar üçün bağça - red) gedir. Ayla 1 yaş 6 aylıqdır. Ondan kiçik digər qızım Aida isə 6 aylıqdır". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "Özəl" verilişində deyib. 

  • Tunar oğlunun toyunda xanımı Ülviyyə ilə - VIDEO
  • Talıb Tale evlənir - FOTOlar
  • Safura 4-cü övladına hamilədir? - FOTO 

Sənətçi bildirib ki, yenidən övlad sahibi olmağı düşünmür: 

"Yenidən ana olmaq niyyətində deyiləm. İki övlad məncə, kifayyətdir. Mənim üçün uşağın oğlan və ya qız olması fərq etmir. Həyat yoldaşım Zakir Bayramovun hər zaman arzusu olub ki, 5 qız övladı olsun. Amma o, ikisi ilə, yəni Ayla və Aida ilə kifayyətlənir. Çünki bu məsələlər çox çətindir. Özümü iki il səhnədən ayırıb qızlarıma həsr etdim. Baxmayaraq ki, bu iki il ərzində mahnılar və kliplər təqdim edirdim, amma bu zaman çərçivəsində vaxtımı qızlarıma ayırmışdım.

Mən də, ərim də iş adamı olduğumuz üçün düşünürük ki, iki övlad artıq bəsdir. Mən 20 ildir ki, səhnədəyəm və bu iş üçün çox əziyyət çəkmişəm. İnsanlar məni sevir. Həm də həyat yoldaşımla ailəm məni dəstəkləyir və səhnədə olmağımı istəyirlər. O deyir ki, Sevda, sən yeni mahnılar axtarışında olmalısan. Biri var, özün üçün oxuyursan və biri də var ki, səni dinləyən izləyicilərin var. Ona görə də mən səhnədə olmaq istəyirəm". 

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. O, Ayladan sonra bu ilin yanvar ayında ikinci dəfə ana olub. Cütlük dünyaya gələn qız körpəsinə Aida adını veriblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun