Yunanıstanın Avroviziya təmsilçisi Marina Satti mətbuat konfransında Azərbaycanın adını çəkib.
OLAY yazır ki, o, türk jurnalistin “Siz həm də Balkan yarımadasını və Türkiyəni də təmsil edirsiniz” sözlərindən sonra bunları deyib:
“Bunu dediyin üçün təşəkkür edirəm. Həqiqətən də Türkiyəni sevirik. Bunu burada sizinlə bölüşürəm, mənim musiqi müəllimim var idi. Türkiyədən, Yunanıstandan, İrandan, Azərbaycandan mahnılar dinləyirdik.
Niyə bu qədər ortaq cəhətin olduğunu anlamağa çalışırdım. Eyni zamanda fərqlilikləri anlamaq istəyirdim. Müəllimim əsla unuda bilməyəcəyim bir şey dedi: “Bu mədəniyyətin yaşı o bölgənin ənənəsindən və ölkə sərhədlərinin yaşından çoxdur”. Ona görə sizinlə çox şey paylaşırıq. Buna görə də öz mədəniyyətimizi nümayiş etdirməyimiz və avropanın buna rəqs edib əylənməsi çox həyəcan vericidir”.