Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO

Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO

Azərbaycanın məşhur aparıcılarından olan Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aparıcı 3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb. 

"Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun