Uzun müddətdir aralarında soyuqluq olduğu deyilən müğənnilər Zeynəb Həsəni və Vəfa Şərifova yenidən barışıblar.
Milli.Az xəbər verir ki, iki məşhur sənətçi müğənni Nəfəsin doğum günü mərasimində bir araya gələrək illərdir davam edən küsülülüyə son qoyub. Onların səmimi görüşü tədbirdə iştirak edənlərin diqqətindən yayınmayıb.
Barışıq anlarını əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq izləyicilər arasında maraq doğurub. Bir çox istifadəçi sənətçilərin yenidən münasibətlərini düzəltməsini müsbət qarşılayaraq onlara xoş arzularını çatdırıb.
Sosial mediada geniş müzakirə olunan həmin görüntülər sənət aləmində də diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















