"Ələkbər ancaq onun sözü ilə efirə gəlir"

"Ələkbər ancaq onun sözü ilə efirə gəlir"

Aktyor Nicat Rəhimov meyxanaçılar Ələkbər Yasamallı və Namiq Qaraçuxurlu ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Söhbət var" verilişində qonaq olan aktyor meyxanaçıların sirrlərinin üstünü açıb.

O, Ələkbər Yasamallının Namiq Qaraçuxurludan başqa heç kimin sözünü dinləmədiyini bildirib:

"Bir dəfə studiyada hər şeyi hazırladıq, qonağımız Ələkbər Yasamallı idi. Sonda gəlmədi. Bu da çox pis təsir edir. Bizə dedilər ki, Ələkbər ancaq Namiqin sözünə qulaq asır. Mən də zəng edib Namiqə dedim, o da Ələkbəri gətizdirdi".

Onun bu sözlərini meyxanaçı Namiq Qaraçuxurlu da təsdiqləyib:

"Hə, Ələkbər elədir. Düzdür, mən söhbətlərə getmirəm, amma belə məsələlər olanda zənglə həll edirəm (gülür)".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun