Türkiyəli aktrisa-ssenarist Qupse Özay yeni layihələriylə bağlı sosial media hesabında paylaşım edib.
OLAY yazır ki, o, kompüteriylə fotosunu izləyiciləriylə bölüşərək karyerasında ilk dəfə serial ssenarisi də yazdığını bildirib:
“Üç film, bir animasiya serialı, bir komediya serialı yazdığım kompüterim. Artıq bir az yoruldun, amma səni çox sevirəm”.
Qeyd edək ki, Özay 5 filmində həm ssenarist, həm də aktrisa kimi yer alıb. O, serial ssenarisi də yazdığını bildirdikdən sonra, heyranları ekran işini həyəcanla gözlədiklərini qeyd ediblər.