Ötən gün baş tutan "Altın kelebek" mükafatlarının təqdimetmə mərasimi bir çox maraqlı anlarla yadda qalıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Klub" serialındakı performansı ilə adından söz etdirən Ada Erma "Altın Kelebek" mərasimində "Ən yaxşı uşaq aktyoru" mükafatını alıb.
Ovucunda dünya və uşaq çəkən Erma:
"Buraya dünyanın şəklini ovcuma çəkərək gəldim. Bu dünya sizin bildiyinizdən çox fərqlidir. Bu dünya yamyaşıl, okeanlar mavi, uşaqlar küçələrdə heyvanlarla qaçıb əylənir. Müharibə, şiddət yoxdur. Heyvanlar azad, qadınlar isə güclüdür. Bu mükafatı uşaqların ölmədiyi bir dünyada almaq istəyərdim, amma... Bu dünya əlinə bunu çəkən uşaqlarla birgə gözəlləşəcək. Buna ürəkdən inanıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun