İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşdı - FOTO

İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşdı - FOTO

Bu gün dünya Beynəlxalq Analar Gününü qeyd edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu münasibətlə ulduzlar təsirli şəkillər paylaşırlar.

İrina Şeyk də istisna deyil. O, sosial şəbəkədə anası ilə arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Supermodelin anası Olqaya inanılmaz dərəcədə bənzəməsi heç kimin diqqətindən qaçmayıb.

Xatırladaq ki, İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Onun anası rus, atası tatardır. Modelin Tatyana adlı böyük bacısı da var. Valeri Şeyxülislamov mədəndə işləyib. O, İrina cəmi 14 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib. Olqa musiqi müəllimi işləyib. 2005-ci ildə model ABŞ-yə köçüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun