Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi

Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi
Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi

Azərbaycanın tanınmış müğənnisinə ağır itki üz verib.

Milli.Az manset.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Pərvin Lətifovun anası Almaz Lətifova bu gün qəfil dünyasını dəyişib. O özlərinə məxsus bağ sahəsində çalışarkən əlinə batan yad cismin yaratdığı infeksiya nəticəsində həyatını itirib. 

Qeyd edək ki, Pərvin Lətifov tanınmış müğənnidir, "Azəri Star 2005" musiqi müsabiqəsinin finalçılarından biri olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az